Bakı, Azərbaycan, 17 Basti Baghirova

Həftə içi hər gün: 9:00 - 18:00

İndiki Somatik şöbə əvvəlcə Hematologiya şöbəsi, 03.01.1983-cü ildən 40 çarpayılıq I Pulmonologiya şəbəsi adı altında fəaliyyət göstərmiş, 16.08.1993-cü ildən isə Somatik şöbə adlandırılmışdır. Şöbə -40  çarpayıdan ibarət olub, 10 çarpayı gündüz stasionar üçün ayrılıb. 2014-cü ildən isə çarpayıların sayı 20-yə endirilib.

Somatik şöbədə əsasən erkən və məktəb yaşlı uşaqların müayinə və müalicəsi həyata keçirilir. Şöbədə xəstələr arasında əsasən aşağıdakı xəstəliklər aşkar olunmuşdur:

Əsas xəstəliklər- yuxarı tənəffüs yollarının kəskin infeksiyası, pnevmoniya, kəskin bronxit, plevropnevmoniya, xronik tonzillit, revmatik qızdırma,revmatoid  poliartrit, sidik yollarının infeksiyası və s.

Fon xəstəlikləri- anemiya, qurd invaziyası.

Uşaqlara  şöbədə  aparılan əsas  müayinələr : ümumi analizlər, rentgen  müayinəsi, daxili  orqanların USM-si,EKQ, EEQ, izoseroloji-qan qrupu, Rh faktor, “C”  və “B”  hepatitlərə, Rayd-Heddelson,Vidal  reaksiyaları  və s.

  Bakterioloji analizlərdən: əsnəkdən  yaxma  flora  və  hessaslığı,qanın  nəcisin və  sidiyin  əkilməsi,  nəcisin  dizbakterioza yoxlanılması aparılmışdır.

Biokimyəvi laboratoriyada : Revmatestlər, qanda dəmirin, Ca, P, şəkər, K, Na, amilaza  ASAT, ALAT  fermentləri,bilirubin  fraksiyası,zülal elektroforezi yoxlanılır.

Şöbə xəstələrin müalicəsi  üçün lazım olan dərman preparatları və tibbi ləvazimatlar ilə gündəlik təmin olunur. Analar gündə 3 dəfə yeməklə təmin olunurlar.

Hər il 300 nəfərə yaxın xəstə somatik şöbədə müalicə olunaraq, yaxşılaşma və sağalma ilə evə yazılır.