Qəbul şöbəsi hər bir stasionarın vacib bölməsidir. Qəbul şöbəsinə müraciət edən hər bir xəstəyə həkim və tibb bacısı tərəfindən yüksək ixtisaslı tibbi xidmət göstərilir. Qəbul şöbəsi Respublikanın bütün bölgələrindən, şəhər, rayon, kənd müalicə - profilaktika tibb müəssisələrindən göndərilmiş xəstələrin qəbulu və profil üzrə göndərilməsini həyata keçirir. İl ərzində institutun stasionara qəbul şöbəsində təxminən 11000-12000 xəstəyə tibbi xidmət göstərilir, bunlardan 9000-nə qədəri stasionarın müvafiq şöbələrində yerləşdirilir. Qəbul şöbəsinin əsas funksiyaları aşağıdakılardır:
• Xəstələrin qəbulu və qeydiyyatı.
• Həkimin baxışı.
• Xəstələrə ilkin tibbi yardım.
• Xəstələrin stasionar şöbələr üzrə hospitalizasiya olunmasının təmini.
• Xəstələrin sanitar, gigiyenik təmizlənməsi.
• Müvafiq tibbi sənədin qeydiyyatı.
• Xəstələrin köçürülməsi.
• Xəstələrin profil üzrə göndərilməsi
Qəbul şöbəsinə müraciət edən xəstələr şöbənin həkimi tərəfindən müayinə olunur, ilkin diaqnoz qoyulur və stasionar müalicəyə ehtiyacı olan xəstələr institutun müvafiq şöbələrində yerləşdirilir. Əgər lazım gələrsə, institutun digər ixtisaslaşdırılmış həkimlər, yüksək elmi dərəcəli mütəxəssislər, professorlar tərəfindən məsləhətləşdirilir. • • Müraciət edən xəstələr stasionarda profilə uyğun olmadığı halda ilkin tibbi yardım və müayinədən sonra uyğun profilli xəstəxanalara təcili tibbi yardım xidmətindən istifadə olunaraq göndərilir.
Klinik bölmələr
- Qəbul şöbəsi
- Anesteziologiya Reanimasiya və İntensiv terapiya şöbəsi
- Vaxtındanqabaq doğulanların patologiyası şöbəsi
- Yenidoğulanların patologiyası şöbəsi
- Yoluxucu xəstəliklər şöbəsi
- Somatika şöbəsi
- Pulmonologiya şöbəsi
- Konsultativ-poliklinika şöbəsi
- Təşkilati-metodik şöbə
- Fizioterapiya və tibbi bərpa şöbəsi
- Erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsi
Son xəbərlər
-
"FEBRİL QICOLMALAR"
03.03.2021 -
"İDRAR YOLU ENFEKSİYONU"
24.02.2021 -
"HENOCH-SCHÖNLEİN PURPURA"(HSP)
20.02.2021 -
"Prematür Retinopatiyaları" adlı seminar
19.02.2021 -
"Tibb bacısının əməliyyatdan sonra xəstəyə nəzarəti"
19.02.2021 -
ETPİ və META-nın birgə təşkil etdiyi Pediatrik Konfrans
11.02.2021 -
"Yeni doğulmuşlarda sarılıq" seminarı
04.02.2021 -
"Pediatrik resüsitasiyonda güncel yaklaşımlar" vebinarı keçirilmişdir.
04.02.2021 -
"Bos değerlendirmesi ve merkezi sinir sistemi enfeksiyonları" vebinarı
01.02.2021 -
ETPİ-nun direktoru Fəxri Fərmanla Təltif olundu.
30.12.2020
