1984-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
1985-ci ildə E.Əfəndiyev adına 2 saylı Birləşmiş Şəhər xəstəxanasında internatura keçmişdir. 1987-1991-ci illərdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutunda reanimotoloq-neonatoloq vəzifəsində çalışmışdır. 1991-2018-ci illər Azərbaycan Tibb Universitetində əvvəlcə assistent, 2010-cu ildən dosent vəzifəsində çalışmışdır.
1989-cu ildə Ukraynanın Xarkov şəhərində 2 ay, 1999-cu ildə Moldovanın Kişinyov Şəhərində 2 həftə müddətlərində ixtisaslaşdırma kursları keçmişdir. Çoxsaylı konfrans və konqreslərdə, o cümlədən Beynəlxalq konqreslər- Hamburq (2009), Kopenhagen (2010), Venesiyada (2017) iştirak etmişdir.
1996-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 70-dən çox elmi məqalələr, o cümlədən 1 kitab-tədris vəsaiti, 3 metodik vəsaitin müəllifidir.
2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 2018-ci ilin may ayından K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutunda baş həkim vəzifəsinə təyin olunmuşdur.
Son xəbərlər
-
"FEBRİL QICOLMALAR"
03.03.2021 -
"İDRAR YOLU ENFEKSİYONU"
24.02.2021 -
"HENOCH-SCHÖNLEİN PURPURA"(HSP)
20.02.2021 -
"Prematür Retinopatiyaları" adlı seminar
19.02.2021 -
"Tibb bacısının əməliyyatdan sonra xəstəyə nəzarəti"
19.02.2021 -
ETPİ və META-nın birgə təşkil etdiyi Pediatrik Konfrans
11.02.2021 -
"Yeni doğulmuşlarda sarılıq" seminarı
04.02.2021 -
"Pediatrik resüsitasiyonda güncel yaklaşımlar" vebinarı keçirilmişdir.
04.02.2021 -
"Bos değerlendirmesi ve merkezi sinir sistemi enfeksiyonları" vebinarı
01.02.2021 -
ETPİ-nun direktoru Fəxri Fərmanla Təltif olundu.
30.12.2020