Rəhimova Nailə- K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktorunun elmi işlər üzrə direktor müavini, t.e.d., dosent
1995-ci il Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutu
1996-ci il- İnternatura
1996-2001 –ci il 1 saylı Tibb Məktəbində müəllim
2006-ci ildə - Aspirantura K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu. «Yenidoğulmuşlarda mərkəzi sinir sisteminin hipoksik zədələnməsi zamanı böyrəklərin funksional vəziyyəti» mövzusunda elmi iş üzərində çalışmış, namizədlik dissertasiyasını müdafiə etmişdir.
2006-ci ildən K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda elmi katib vəzifələrində calışmışdır. 2009-2016-cı illər ərzində Elmi-Tədqiqat Pediatriya İnstitutunda yenidoğulanların patologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2014-cü ildən Elmi-Tədqiqat Pediatriya İnstitutunun elmi işlər üzrə direktor müavinidir.
2011-cü ildə AAK-sı tərəfindən “Dosent” elmi adı verilmişdir.
2018-ci ildə «Yenidoğulan uşaqlarda perinatal infeksiyalarin klinik-immunpatogenetik aspektləri, proqnozlaşdırılması və müalicəsi» mövzusunda tibb üzrə elmlər doktoru elmi adını almaq üçün dissertasiyanı müdafiə etmiş, AAK-sı tərəfindən tibb üzrə elmlər doktoru elmi adına layiq görülmüşdür.
Nüfuzlu jurnal və konqres materiallarında 120-ə qədər elmi işi, 7 metodik tövsiyə, “İngilis-Türk-Azərbaycan tibbi terminlər” lüğəti dərc olunmuş, müxtəlif beynəlxalq konfrans və konqreslərdə iştirak və çıxış etmişdir. “Azərbaycan Perinatologiya və Pediatriya Jurnalı”nın məsul katibidir.